12:50 16-03-2013
news_image
762
STOLÜSTÜ OYUNLAR

“İddiaçıların turnirini udmamış dünya çempionu ilə oynayıram”

“İlk növbədə onu düşündüm ki, görəsən Boris Gelfand Vişvinatan Anand olmağına şaddır? Yoxsa mən sevinməliyəm ki, iddiaçıların turnirini udmamış dünya çempionu ilə oynayıram?”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

O, Londonda keçirilən şahmat üzrə iddiaçıların turnirinin ilk turunda baş verən qeyri-adi hadisəyə münasibət bildirib. Oyunun hakiminin Rəcəbovun rəqibi Boris Gelfandı Vişvinatan Anand kimi təqdim edib. Həmyerlimiz bunu anlaşılmazlıq kimi dəyərləndirib: “Çox qeyri-adi vəziyyət idi. Sonradan hakim başa düşə bilmirdi ki, oynayan Anand yox, Gelfanddır. Yaddaqalan epizod idi. Görünür ki, bu 2 şahmatçı Moskvada elə inanılmaz qarşılaşma keçiriblər ki, artıq onları səhv salırlar. Bəlkə də onlara bir-birinə çox oxşayırlar? Mənim üçün isə dünya çempionuna qarşı oynamaq həmişə xoşdur. Lakin problem onda idi ki, mən qarşımda Borisi görürdüm. Onda özümə dedim ki, yəqin bu anlaşılmazlıqdır”.

Qeyd edək ki, Gelfand – Rəcəbov görüşü heç-heçə başa çatıb.