23:33 17-03-2013
news_image
2453
STOLÜSTÜ OYUNLAR

Rəcəbov Dünya kubokunun qalibinə uduzdu - YENİLƏNİB

Bu gün Böyük Britaniyanın paytaxtı Londonda şahmat üzrə iddiaçılar turnirində III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov bu dəfə Petr Svidlərlə üz-üzə gəlib.

Təmsilçimiz Dünya kubokunun qalibi olan rusiyalı rəqibinə 1:0 hesabı ilə məğlub olub.

Digər görüşlərdə isə Maqnus Karlsen Boris Gelfandı, Levon Aronyan Vasili İvançuku üstələyib. Vladimir Kramniklə Aleksandr Qrişuk isə heç-heçə edib.

Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gələcəklər. Yarışın qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq.


17 mart
III tur


Petr Svidler (Rusiya, 2747) - Teymur Rəcəbov (Azərbaycan, 2793) - 1:0
Boris Gelfand (İsrail, 2740) - Maqnus Karlsen (Norveç, 2872) - 0:1
Vasili İvançuk (Ukrayna, 2757) – Levon Aronyan (Ermənistan, 2809) - 0:1
Vladimir Kramnik (Rusiya, 2810) – Aleksandr Qrişuk (Rusiya, 2764) - 0,5:0,5

Xal durumu: Aronyan – 2,5, Karlsen, Svidler – 2, Rəcəbov, Kramnik, Qrişuk - 1,5, Gelfand, İvançuk, – 0,5.