00:00 18-03-2013
news_image
1397
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan millisində dəyişiklik

Gürcüstanda Avropa çempionatında çıxış edəcək qadın güləşçilərdən ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub. Bu barədə apasport.az saytının Tiflisə ezam olunmuş əməkdaşına məlumatı yığmanın baş məşqçisi Yaqub Məmmədov verib.

O bildirib ki, son anda məşqçilər korpusu dünya çempionu, London-2012-nin bürünc mükafatçısı Yuliya Ratkeviçi (59 kq) heyətdən çıxarıb. Buna səbəb onun Olimpiadadan sonra hələ tam formada olmamasıdır. Ratkeviçi komandada İrina Netreba əvəzləyib.

Qeyd edək ki, Avropa çempionatına martın 19-da start veriləcək.