10:05 18-03-2013
news_image
2119
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov: Mən hər şeyi çaş-baş saldım

“Mən deməzdim ki, rəqibin debüt seçiminə təəccübləndim. Ancaq nədənsə öyrənmədiyim variantları unutdum və hər şeyi çaş-baş saldım”. Apasport.az saytının məlumatına görə, bu fikirləri azərbaycanlı şahmatçı Teymur Rəcəbov deyib. Londonda şahmat tacı uğrunda iddiaçıların turnirində ölkəmizin yeganə təmsilçisi ilk məğlubiyyətini III turda Dünya kubokunun qalibi olan Petr Svidlerdən alıb.

Rəcəbovun sözlərinə görə, gedişləri unudaraq, öz səhvindən uduzub: “Mən gedişlərin düzgün ardıcıllığını yada sala bilmirdim. Özü də əlbəttə, Petrin yaxşı hazırlığını qeyd etmək lazımdır. Bunu izah etmək çətindir, ancaq mən bu məğlubiyyətdən sonra hansısa rahatçılığı hiss edirəm”.

Qeyd edək ki, Teymurun hazırda 1,5 xalı var.