11:07 18-03-2013
news_image
721
STOLÜSTÜ OYUNLAR

“Oyunun taleyi debütdə həll olundu”

“Həqiqətən də Teymur Rəcəbovla oyunun taleyi debütdə həll olundu”. Apasport.az saytının məlumatına görə, bu sözləri rusiyalı şahmatçı Pyotr Svidler deyib.

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən iddiaçıların turnirinin 3-cü turunda Azərbaycan qrossmeysteri Teymur Rəcəbovu məğlub edən rusiyalı qələbəsinin sirrini açıqlayıb: “Mənə elə gəlir ki, o, 21-ci gedişdə fərqli oynamalı idi. Lakin belə olsaydı da mən daha kəskin oynayacaqdım. Hadisələrin gerçəkləşən axarı isə mənim saat yarım artıq vaxt itirməyimlə nəticələndi”.