11:43 18-03-2013
news_image
1311
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan güləşçiləri Heydər Əliyevin abidəsini ziyarət ediblər - FOTOSESSİYA

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri Gürcüstanda mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət ediblər. Apasport.az saytının Gürcüstana ezam olunmuş əməkdaşının məlumatına görə, Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev başda olmaqla, qurum rəsmiləri, sərbəst və qadın güləşi üzrə milli komandalarımızın məşqçilər heyəti və üzvləri Tiflisdə Heydər Əliyevin xatirəsini yad ediblər.

Onlar mərhum prezidentin xatirəsinə ucaldılan abidəni ziyarət edərək, önünə əklil və gül dəstələri düzüblər. Azərbaycan nümayəndə heyəti ziyarətdən sonra xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Avropa çempionatı martın 19-24-də Tiflisdə keçiriləcək.