12:38 18-03-2013
news_image

“Dutch Open”də 4 dəfə Azərbaycan bayrağı dalğalandı

Hollandiyanın açıq çempionatında iştirak edən taekvando üzrə Azərbaycanın gənclərdən ibarət yığma komandası bu yarışı da zəfərlə başa vurub. Azərbaycan Taekvando Federasiyasından (ATF) apasport.az saytına verilən məlumata görə, Eyndhovendə “Dutch Open” turnirinə qatılan təmsilçilərimiz 2 qızıl, eləcə də 1 gümüş və bürünc medal qazanıblar.

Milli komandanın baş məşqçisi, əməkdar məşqçi Məmməd Abdullayev və böyük məşqçisi Zahid Məmmədovun çalışdırdığı heyətdən Ayxan Tağızadə (63 kg) və Səid Quliyev (73 kg) ötən ay İsveçdə “Trelleborq Open” turnirində göstərdikləri nəticəni təkrarlayaraq çempion olublar. Samid Bagırlı (48 kg) gümüş medala, Təranə Məmmədova (46 kg) isə bürünc mükafata sahib olub.

ATF-in vitse-prezidenti Nağı Səfərovun rəhbərliyi ilə yarışda iştirak edən idmançılarımız martın 19-da Bakıya dönəcəklər.