19:46 18-03-2013
news_image
688
DÇ-2014

“Azərbaycanla oyuna çağırıldığı üçün xoşbəxtəm”

“Azərbaycan və Finlandiya ilə oyunlara çağırılmağım mənim özüm üçün də sürpriz oldu. Etiraf edim ki, bunu gözləmirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Lüksemburq yığmasının futbolçusu Billi Bernard deyib.

22 yaşlı futbolçu martın 22-də Azərbaycanla DÇ-2014-ün seçmə, 4 gün sonra Finlandiya ilə yoxlama oyunlarına çağırılıb. Billi buna münasibət bildirib: “Bu oyunlara çağırıldığım üçün xoşbəxtəm. Çünki bu, hər futbolçu üçün yığmaya çağırılmaq sevindiricidir. İndiyədək yığmada cəmi 1 oyun keçirmişəm. Onda da 4 dəqiqə oynadım. Ümid edirəm ki, Azərbaycanla qarşılaşmada bu rəqəmi artıracağam”.

Qeyd edək ki, Lüksemburq - Azərbaycan oyunu “Jozi Bartel” stadionunda keçiriləcək.