23:32 19-03-2013
news_image
3371
STOLÜSTÜ OYUNLAR

Rəcəbov sabiq dünya çempionu ilə heç-heçə etdi – YENİLƏNİB

Bu gün Böyük Britaniyanın paytaxtı Londonda şahmat üzrə iddiaçılar turnirində IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov bu dəfə Vladimir Kramniklə üz-üzə gəlib.

Təmsilçimiz 2000-07-cı illərdə dünya çempionu olan rusiyalı rəqibinə qarşı ağ fiqurlarla oynayıb. Görüş heç-heçə ilə başa çatıb.

Digər görüşlərdə isə Maqnus Karlsen Aleksandr Qrişuku məğlub edib. Boris Gelfand Vasili İvançukla, Levon Aronyan isə Pyotr Svidlerlə bərabərə qalıb.

Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gələcəklər. Yarışın qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq.

19 mart
IV tur

Maqnus Karlsen (Norveç, 2872) - Aleksandr Qrişuk (Rusiya, 2764) - 1:0
Teymur Rəcəbov (Azərbaycan, 2793) - Vladimir Kramnik (Rusiya, 2810) - 0,5:0,5
Levon Aronyan (Ermənistan, 2809) - Pyotr Svidler (Rusiya, 2747) - 0,5:0,5
Boris Gelfand (İsrail, 2740) – Vasili İvançuk (Ukrayna, 2757) - 0,5:0,5

Xal durumu: Aronyan, Karlsen – 3, Svidler – 2,5, Rəcəbov, Kramnik – 2, Qrişuk - 1,5, Gelfand, İvançuk – 1