18:31 19-03-2013
news_image
1519
DÖYÜŞ NÖVLƏRİ

Patimat Baqomedova: Medalı onun üçün qazandım

“Mən qızıl medal istəyirdim. Ancaq ilk döyüşdə ayağımdan zədə almağım hər şeyi korladı. İstədiyim kimi güləşə bilmədim”. Bunu apasport.az saytının Tiflisə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan millisinin güləşçisi Patimat Baqomedova (48 kq) deyib.

İdmançımız Gürcüstanda təşkil olunan Avropa çempionatının ilk günündə yığmamıza bürünc medal qazandırıb. Çempion ola bilmədiyi üçün ağlayaraq, təəssüf hissi keçirən güləşçimiz üçüncü olmasının səbəbini açıqlayıb: “Həmişə ilk görüşüm çətin keçir. Səhvim o oldu ki, birinci qarşılaşmanın ilk hissəsini püşkə kimi uzatdım və burada da zədə aldım. Bunun nəticəsi də sonrakı görüşlərdə özünü göstərdi”.

Baqomedova qələbəsini həyat yoldaşına həsr etdiyini deyib: “Həyat yoldaşım da buradadır. Medalı onun üçün qazandım. Əgər ərim yanımda olmasaydı, üçüncü də ola bilməzdim. O, məni ruhlandırırdı, dəstəkləyirdi və nəticədə də bürünc medal uğrunda görüşdə qalib gəldim”.