Yığmamızın rəqibinin heyəti açıqlandı
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı oynayacaq Lüksemburq yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, “cırtdan ölkə”nin təmsilçilərinin baş məşqçisi Lyuk Holts heyətə 22 futbolçu dəvət edib.
Lüksemburq yığmasının heyəti:
Qapıçılar: Jonatan Juber, Mark Obervays.
Müdafiəçilər: Tom Latersa, Billi Bernard, T Şnell, Qi Blez, Erik Hoffman, Matias Yaniş, Kevin Malye, Kris Fillips.
Yarımmüdafiəçilər: Jill Bettmer, Lars Qerson, Loran Yans, Şarl Levek, Kristofer Martins Pereyra, Rene Peters, Mario Muts.
Hücumçular: Alves da Mota, Stefano Bensi, Moris Devill, Orelen İoaxim, David Turpel.
Qeyd edək ki, millimiz Lüksemburqla martın 22-də “Jozi Bartel” stadionunda qarşılaşacaq.