07:01 20-03-2013
news_image
988
DİGƏR NÖVLƏR

Xedira Almaniya millisinin məşqində zədələndi

Almaniya yığma komandasının və “Real”ın yarımmüdafiəçisi Sami Xedira millinin məşqində zədələnib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu almanların DÇ-2014-ün seçmə mərhələsində Qazaxıstana qarşı oyunda forma geyinməsi sual altındadır.

Xediranın bərpasının müddəti haqqında hələ ki dəqiq informasiya verilməyib.

Qeyd edək ki, Sami bu mövsüm İspaniya La Liqasında 20 matçda forma geyinib və 2 qola imza atıb.