17:31 20-03-2013
news_image
1107
DÖYÜŞ NÖVLƏRİ

Avropa çempionatının üçüncü gününün püşkü atılıb

Gürcüstanda keçirilən Avropa çempionatının üçüncü gününün püşkatması olub. Apasport.az saytının Tiflisə ezam olunmuş əməkdaşının məlumatına görə, martın 21-də sərbəst güləşçilər 74 kq və 120 kq, qadın idmançılar 55 kq və 67 kq çəki dərəcələrində qitənin ən güclülərini müəyyənləşdirəcəklər.

Püşkatmanın nəticəsinə əsasən Azərbaycan millisinin üzvü Aleksandr Qostiyev (74 kq) Leonid Bazanla (Bolqarıstan), Cəmaləddin Məhəmmədov (120 kq) Taha Akgüllə (Türkiyə) qarşılaşacaq. Onlar müvafiq olaraq, təsnifat və 1/8 final mərhələsindən mübarizəyə başlayacaqlar.

Qadın güləşçilər arasında döşəyə çıxacaq Yarina Dubovska (55 kq) və Natalya Palamarçuk (67 kq) Polşa idmançıları ilə qüvvələrini sınayacaqlar. Onlardan birincisi Katarjina Kravjiklə (Polşa), digəri Urszula Ososka (Polşa) ilə münasibətinə aydınlıq gətirəcək. Hər 2 təmsilçimiz yarışa 1/8 final mərhələsindən start verəcək.

Qeyd edək ki, ilk görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.