23:58 21-03-2013
news_image
2206
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov Aronyana uduzdu – YENİLƏNİB

Bu gün Böyük Britaniyanın paytaxtı Londonda şahmat üzrə iddiaçılar turnirində VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov bu dəfə ermənistanlı şahmatçı Levon Aronyanla qarşılaşıb.

Bu görüş təmsilçimiz üçün böyük əhəmiyyət daşıyırdı. Çünki Rəcəbov rəqibini məğlub etdiyi təqdirdə, yarışın liderlərindən birinə çatmaq imkanı əldə edəcəkdi. Lakin Teymur Aronyan məğlub olub.

Digər görüşlərdə isə Pyotr Svidler Maqnus Karlsenlə uduzub. Vladimir Kramnik Vasili İvançukla, Aleksandr Qrişuk isə Boris Gelfandla heç-heçə edib.

Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gələcəklər. Yarışın qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq.


21 mart
VI tur

Teymur Rəcəbov (Azərbaycan, 2793) – Levon Aronyan (Ermənistan, 2809) - 0:1
Pyotr Svidler (Rusiya, 2747) – Maqnus Karlsen (Norveç, 2872) - 0:1
Vladimir Kramnik (Rusiya, 2810) - Vasili İvançuk (Ukrayna, 2757) - 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya, 2764) – Boris Gelfand (İsrail, 2740) - 0,5:0,5

Xal durumu: Aronyan, Karlsen – 4.5, Svidler, Kramnik – 3, Rəcəbov, Qrişuk - 2,5, Gelfand, İvançuk – 2