17:40 21-03-2013
news_image
1004
DÖYÜŞ NÖVLƏRİ

Avropa çempionatında daha 3 rəqibimiz bilindi

Gürcüstanda keçirilən güləş üzrə Avropa çempionatında 4-cü günün püşkü atılıb. Apasport.az-ın Tiflisə ezam olunmuş əməkdaşının məlumatına görə, sərbəst güləşçilərin 84 kq, qadın idmançıların 63 kq və 72 kq çəki dərəcələrində rəqibləri müəyyənləşib.

Püşkün nəticəsinə əsasən Azərbaycan millisinin üzvü Məhəmmədhacı Xatiyev (84 kq) ilk mərhələdən azaddır. O, 1/8 finalda ukraynalı İbrahim Aldatovla güləşəcək.

Qadın yığmamızın üzvləri - Anna Belyayeva (63 kq) və Səbirə Əliyeva (72 kq) da yarışa 1/8 finaldan qatılacaq. Onlar müvafiq olaraq, Henna Yohansson (İsveç) və Viktoriya Bobeva (Bolqarıstan) ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, bu çəki dərəcələri ilə sərbəst və qadın güləşçilərin yarışı başa çatacaq.