19:40 21-03-2013
news_image
1330
DÖYÜŞ NÖVLƏRİ

Məhəmmədov çempion ola bilməməsinin səbəbini açıqladı

“Rəqibim güclü idi. Lakin daha yaxşı güləşərək, bürünc medal qazandım”. Bunu apasport.az saytının Tiflisə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan güləşçisi Cəmaləddin Məhəmmədov deyib.

Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti bürünc medalını aktivinə yazıb. Məhəmmədov sərbəst güləşçilərin 120 kq çəki dərəcəsində macarıstanlı Daniel Liqetiyə qalib gələrək, üçüncü olub. O bildirib ki, döyüşü heç də asan keçməyib: “Onunla əvvəllər də görüşmüşəm. Heç də asan görüş keçmədi. Lakin mən daha diqqətli olduğum üçün qalib gəldim”.

Cəmaləddin çempion ola bilməməsinin də səbəbini açıqlayıb: “Avropa çempionatı öncəsi xəstələnmişdim. Hərarətim 39 dərəcə idi. Burada özümə gəlmişəm. Təbii ki, bu da çıxışıma öz təsirini göstərdi”.