18:11 22-03-2013
news_image

Anna Belyayeva: Özümü bu döyüşə tam hazırlamışdım

“Avropa çempionatında əsas məqsədim medal qazanmaq idi. Ancaq yarışdan öncə ən azı finala çıxmağı planlaşdırıdım”. Bunu apasport.az saytının Tiflisə ezam olunmuş əməkdaşına açıqlamasında Anna Belyayeva (63 kq) deyib.

O, Gürcüstanda keçirilən Avropa çempionatında qazandığı bürünc medalla bağlı təəssüratlarını bölüşüb: “1/4 finalda uduzduğum Anastasiya Qrioryeva çox güclü, kifayət qədər titullu idmançı idi. Ona yalnız həlledici hissədə məğlub oldum. Fikrimcə, burada qalib gəlməyə fiziki cəhətdən çatdırmadım. Bürünc medal uğrunda görüşə gəlincə, özümü bu döyüşə tam hazırlamışdım. Bunun da nəticəsi olaraq, görüş heç bir dəqiqə çəkmədi”.