03:30 23-03-2013
news_image
718
DİGƏR NÖVLƏR

“Qarabağ”ın müdafiəçisi oynadı, komandası 3 xala sevindi

“Qarabağ”ın futbolçusu Ansi Aqolli DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Albaniya millisinin heyətində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam klubunun müdafiəçisinin komandası səfərdə Norveçlə qarşılaşıb.

Görüş albaniyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda Aqolli start heyətdə meydana çıxıb və 90 dəqiqə forma geyinib.

Qeyd edək ki, Albaniya 5 oyundan sonra xalını 9-a çıxarıb və E qrupunda 3-cü pilləyə yüksəlib.