18:27 23-03-2013
news_image

“Hakimlər 3-cü dəfə Avropa çempionu olmağıma imkan vermədi”

“Üçüncü dəfə Avropa çempionu olmaq istəyirdim. Lakin hakimlər buna imkan vermədi”. Bunu apasport.az saytının Tiflisə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan yığmasının güləşçisi Elçin Əliyev deyib.

Tiflisdə keçirilən Avropa çempionatında bu gün yunan-Roma güləşi üzrə yarışa start verilib. 55 kq çəki dərəcəsində mübarizə aparan Əliyev finala yüksəlsə də, həlledici döyüşdə uduzub. O bildirib ki, burada hakimlərin “rolu” az olmayıb: “Mənin düzgün xalımı vermədilər və nəticədə də uduzdum”.

Qeyd edək ki, Əliyev 2010 və 2012-ci illərdə qitənin ən güclüsü olub.