18:50 23-03-2013
news_image

Kamran Məmmədov: Çempionluq istəyirdim

“Mən Tiflisə yalnız çempionluq üçün gəlmişdim. Amma bir qədər çatışmazlıq oldu”. Bunu apasport.az saytının Tiflisə ezam olunmuş əməkdaşına açıqlamasına Azərbaycan millisinin güləşçisi Kamran Məmmədov (60 kq) deyib.

Gürcüstanda keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yığmamıza bürünc medal qazandıran idmançı təəssüratlarını açıqlayıb: “Bu böyüklər arasında ilk titulumdur. Amma qızıl medal planlaşdırırdım. Elə alındı ki, bürünc medal qazandım. Səhvlərim üzərində çalışıb, növbəti yarışlarda onu təkrarlamamağa çalışacağam”.