18:45 24-03-2013
news_image
1348
DÖYÜŞ NÖVLƏRİ

Həsən Əliyev: Səhvimdən finala yüksələ bilmədim

“Mən finalda güləşməli idim. Lakin öz səhvim nəticəsində həlledici döyüşə yüksələ bilmədim”. Bunu apasport.az saytının Tiflisə ezam olunmuş əməkdaşına açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Həsən Əliyev deyib.

O, 66 kq çəki dərəcəsində ilk çıxışında Gürcüstanda Avropa çempionatının bürünc medalını qazanıb. Əliyev bildirib ki, yarımfinalda rusiyalı Adam Kuraka öz səhvindən uduzmasaydı, çempion olacaqdı: “Onunla 3-cü hissədə güləşdikdə kiçik səhvə yol verdim. Karak da bundan istifadə edib, parterdən ayağa qalxdı. Əgər bu səhvim olmasaydı, həlledici görüşdə mübarizə aparacaqdım. Üçüncü yer uğrunda görüşə gəlincə, yerli idmançı ilə güləşdiyimdən publika onun xeyrinə işləyirdi. Lakin bu dəfə üçüncü hissədə özümü toparlayıb, ona qalib gəldim”.