Gürcüstanın paytaxtı Tiflisdə güləş üzrə Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son 2 gündə yunan-Roma güləşçiləri öz aralarında ən güclüləri müəyyənləşdiriblər.
Cəmşid Xeyrabadinin rəhbərlik etdiyi yığmamız 1 gümüş və 2 bürünc medal qazanmaqla, çempionatı komanda hesabında 4-cü sırada tamamlayıb. 37 xal toplayan millimiz 3-cü yeri tutan ev sahiblərindən 3 xal geri qalıb. İlk 2 pillədə isə müvafiq olaraq, Rusiya (51 xal) və Bolqarıstan (45 xal) qərarlaşıb.
Qeyd edək ki, qitə çempionatını sərbəst güləş yığmamız 7-ci, qadınlardan ibarət komandamız 6-cı sırada bitirmişdi.

11:31