12:53 27-03-2013
news_image

13-dən 31-ə

Beynəlxalq Сüdo Federasiyası reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahı Azərbaycan yığmasının aparıcı üzvləri üçün növbəti dəfə uğursuz alınıb. Cüdoçularımız ən yaxşı halda, öz mövqelərini qorumağı bacarıblar.

Belə ki, komandamızın heyətində İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Elnur Məmmədli (81 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) yerlərində “sayıblar”. Onlar yenə müvafiq olaraq, 13-cü, 18-ci, 21-ci, 19-cu, 21-ci, 15-ci və 31-ci yerləri tuturlar.

100 kq çəki dərəcəsindəki təmsilçilərimiz - Elmar Qasımovla Elxan Məmmədov isə komanda yoldaşlarından fərqli geriləyiblər. Ağır çəkili idmançılarımız hərəyə 1 pillə aşağı düşməklə, müvafiq olaraq, 27-ci və 30-cu yerdə qərarlaşıblar.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.