22:05 28-03-2013
news_image
1787
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov Kramnikə uduzdu - YENİLƏNİB

Bu gün Böyük Britaniyanın paytaxtı Londonda şahmat üzrə iddiaçılar turnirində XI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov sabiq dünya çempionu Vladimir Kramniklə görüşüb.

Ötən tur Pyotr Svidlerlə heç-heçə edən həmyerlimiz bu dəfə rusiyalı rəbinə məğlub olub.

Digər görüşlərdə isə Pyotr Svidler Levon Aronyanı üstələyib. Vasili İvançukla Boris Gelfand və Aleksandr Qrişukla Maqnus Karlsen isə sülh bağlayıb.

Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gələcəklər. Yarışın qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq.


28 mart
XI tur

Vladimir Kramnik (Rusiya, 2810) – Teymur Rəcəbov (Azərbaycan, 2793) - 1:0
Petr Svidler (Rusiya, 2747) – Levon Aronyan (Ermənistan, 2809) - 1:0
Vasili İvançuk (Ukrayna, 2757) – Boris Gelfand (İsrail, 2740) - 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya, 2764) – Maqnus Karlsen (Norveç, 2872) - 0,5:0,5

Xal durumu: Karlsen – 7,5, Kramnik – 7, Aronyan – 6,5, Svidler – 5,5, Gelfand, Qrişuk - 5, İvançuk - 4, Rəcəbov – 3,5.