10:08 28-03-2013
news_image
991
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov: Mən elə oğlan deyiləm...

“Ağ fiqurlarla göstərdiyim nəticələri nəzərə alsaq, bu heç-heçəni müsbət qiymətləndirmək olar”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı qrossmeyster Teymur Rəcəbov deyib.

Londonda keçirilən iddiaçılar turnirinin X turunda Pyotr Svidlerlə oyununu şərh edən Rəcəbov bildirib ki, xalları yarı bölməsinə baxmayaraq, heç-heçə etməsindən razı qalıb: “Mən elə oğlan deyiləm ki, bura bütün oyunları uduzmağa gəlim. Düşündüm ki, əgər Pyotr qələbəyə oynayacaqsa, mən də bunun üçün mübarizə aparacağam. Çünki başqa variantım yox idi. Həyatımda heç-heçələrdən çox narazı qaldığım dövrlər də olub. Amma indi düşünürəm ki, bəzən xalları yarı bölmək yaxşı nəticədir”.

Qeyd edək ki, Rəcəbov 10 turdan sonra 3,5 xalla İvançukla 9-10-cü yerləri bölür.