14:55 28-03-2013
news_image

Yığmamızın heyəti açıqlandı

Martın 30-31-də Türkiyənin Samsun şəhərində keçiriləcək cüdo üzrə Qran-pri turnirində iştirak edəcək Azərbaycan yığmasının heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Peter Zayzenbaher yarışda 17 cüdoçuya şans verəcək.

Millimiz kişilərin mübarizəsində Orxan Səfərov (60 kq), Nicat Şixalizadə, Vüqar Şirinli (hər ikisi 66 kq), Hüseyn Rəhimli, Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Şəhməd Məhəmmədov, Şahin Ərzumanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Emil Tahirov və Vaxtanq Bitiyevlə (hər ikisi +100) təmsil olunacaq. Qadınların yarışında isə ölkəmizin idman şərəfini Aişə Qurbanlı (48 kq), Turanə Seyidi (52 kq), Kifayət Qasımova, Şahanə Hüseynova (hər ikisi 57 kq) və Xanım Hüseynova (63 kq) qoruyacaq.