02:30 30-03-2013
news_image
642
STOLÜSTÜ OYUNLAR

Qrossmeysterimizə sürpriz zərf

Londonda İddiaçılar Turnirində mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbova sürpriz zərf göndərilib. Lent.az-ın yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, zərf yarışın mətbuat konfransları üzrə əlaqələndiricisi Anastasiya Karloviçə verilib.

Zərfi verən şəxs təqribən 10 yaşında olub. Amma o, adını deməyib və sadəcə, Rəcəbova azarkeşlik etdiyini söyləməklə kifayətlənib. Zərf müəllifi həmçinin bildirib ki, şahmatçımız onu tanıyır.