16:57 30-03-2013
news_image
686
DİGƏR NÖVLƏR

“Lester” komandamızı məğlub etdi

Almaniyanın Hamburq şəhərində otüskü hokkey üzrə qadınlar arasında keçirilən Çempionlar Kubokunun qrup mərhələsinin II turuna start verilib. Apasport.az saytının məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən “Atasport” İngiltərənin “Lester” klubu ilə qarşılaşıb.

Ancaq komandamız yenə məğlub olub. İngilislər hər hissədə vurduğu bir qolla qalib gəlib – 2:0.

Qeyd edək ki, bundan öncə “Atasport” Almaniyanın “Rot-Vayss” klubuna qapıçı Viktoriya Şahbazovanın kobud səhvləri nəticəsində 1:3 hesabı ilə məğlub olmuşdu. Adil Paşayevin yetirmələri sabah B qrupunun sonuncu turunda Hollandiya çempionu “Laren”lə üz-üzə gələcək.