Rəcəbov Karlsenə uduzdu - YENİLƏNİB
Böyük Britaniyanın paytaxtı Londonda şahmat üzrə iddiaçılar turnirində XIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov yarışın favoritlərindən olan Maqnus Karlsenlə üz-üzə gəlib.
Görüşdə həmyerlimiz növbəti dəfə məğlubiyyətlə üzləşib.
Digər görüşlərdə isə Aleksandr Qrişukla Levon Aronyan və Vladimir Kramniklə Boris Gelfand heç-heçə edib. Petr Svidler isə Vasili İvançuku üstələyib.
Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gələcəklər. Yarışın qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq.
29 mart
XIII tur
Teymur Rəcəbov (Azərbaycan, 2793) - Maqnus Karlsen (Norveç, 2872)
Aleksandr Qrişuk (Rusiya, 2764) - Levon Aronyan (Ermənistan, 2809)
Vladimir Kramnik (Rusiya, 2810) - Boris Gelfand (İsrail, 2740)
Petr Svidler (Rusiya, 2747) - Vasili İvançuk (Ukrayna, 2757)
Xal durumu: Kramnik, Karlsen – 8,5, Svidler, Aronyan – 7, Qrişuk, Gelfand – 6, İvançuk, 5, Rəcəbov,– 4.