08:35 01-04-2013
news_image

17 cüdoçuya 2 medal

Türkiyənin Samsun şəhərində keçirilən cüdo üzrə Qran-Pri turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa 17 idmançı ilə qatılan Azərbaycan yığması yenə çempionluq sevinci yaşa bilməyib.

Belə ki, Vüqar Şirinlinin (66 kq) ardınca komandamızın heyətində yalnız Elmar Qasımov (100 kq) mükafatçılar sırasında yer alıb. O, finalda uduzmaqla, Qran-prinin gümüş medalına yiyələnib.

Qeyd edək ki, Şirinli yarışın ilk günündə bürünc medal qazanmışdı.