09:26 01-04-2013
news_image
1250
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov: Bura köpək balıqları olan hovuz kimidir

“Əgər nə vaxtsa uduzursansa, bunu indi – tarixi anda etmək yaxşıdır. Heç olmasa, turnirin intriqası qaldı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən iddiaçıların turnirində növbəti məğlubiyyətini XIII turda Maqnus Karlsendən alan həmyerlimiz yarışdakı uğursuz çıxışına qiymət verib. Rəcəbov bildirib ki, öz oyunundan narazıdır: “Bu qədər oyun uduzdum... Adətən il ərzində 2-3 partiya təslim olardım. Amma burda 1 ayda artıq 6 oyunda məğlub oldum. Bura köpək balıqları olan hovuz kimidir: çox uduzursan. İnamını itirsən, qurbana çevrilirsən”.

Qeyd edək ki, 13 turdan sonra 4 xalı olan Rəcəbov turnir cədvəlinin sonuncu pilləsindədir.