12:13 01-04-2013
news_image
764
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov Qran-pridə oynamayacaq

Aprelin 17-də İsveçrənin Zuq şəhərində start götürəcək Qran-pri çərçivəsində 3-cü turnirdə iştirakçıların siyahısında dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, mayın 1-dək davam edəcək yarışda Azərbaycanı 3 qrossmeyster təmsil etməli olsa da, onlardan yalnız ikisi qələbə uğrunda mübarizə aparacaq.

Belə ki, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovdan fərqli, Vüqar Həşimovun turnirdə iştirakı mümkün olmayacaq. Buna səbəb onun sağlamlıq durumudur. Düzdür, Həşimovun səhhətində müsbət irəliləyiş var və özü də yarışa qatılmaq istəyib. Amma son anda ailə üzvləri Vüqarın İsveçrəyə yollanmasını məqbul saymayıb.

Qeyd edək ki, turnirdə 12 zəka sahibi gücünü yoxlayacaq.