14:18 01-04-2013
news_image
607
DİGƏR NÖVLƏR

Dünya Kubokuna 1 idmançı ilə

Sabah Çinin Çanqvon şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku yarışları start götürəcək. Apasport.az saytının məlumatına görə, 8 gün davam edəcək turnirdə Azərbaycan 1 snayperlə - Ruslan Lunyovla təmsil olunacaq. Həmyerlimiz aprelin 4-də 50 m, 7-də və ya 8-də (nömrəsinə əsasən) 25 m məsafəyə atəş açmaq üçün hədəf önünə keçəcək.

Qeyd edək ki, Dünya Kubokuna 31 ölkədən 499 idmançı qatılacaq.