17:16 02-04-2013
news_image
1318
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov: Teymur Rəcəbov səviyyəsindən aşağı çıxış etdi

”Londondakı turnir fantastikdir! Bütün şahmatsevərləri, o cümlədən Maqnus Karlseni təbrik edirəm. O, qələbəyə layiq idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri azərbaycanlı beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, Londonda yenicə başa çatan iddiaçıların turniri ilə bağlı fikirlərini bölüşüb. Məmmədyarovun sözlərinə görə, Maqnus Karlsenlə Vladimir Kramnikin xalları bərabər olsa da, norveçli qələbəyə daha layiq idi: “Bugünkü gündə heç kim dünyada 2-ci şahmatçının kim olduğunu bilmir, ancaq 1-i hamı bilir! Kramniki təbrik edirəm. Onun bəxti gətirmədi. Ancaq açığı, Karlsen 1-ci yerə daha çox layiq idi. Axı bütün turnir boyu lider idi. Kramnik isə kim olduğunu bir daha sübut etdi. Aronyan yaxşı oynadı, ancaq çempion kimi yox”.

Şəhriyar turnirdə sonuncu olan həmyerlisi Teymur Rəcəbovun çıxışına ayrılıqda toxunmayıb: “Əlbəttə, Qrişuk, Qelfand və Rəcəbov öz səviyyələrindən aşağı çıxış etdilər. Bütün oyunçulara belə gözəl turnirə görə sağ olsunlar. 8 iştirakçı arasında heç artıq deyildi – hamı Londonda çıxış etmək hüququna layiq idi! SOCAR da sağ olsun!! Biz sponsorsuz belə turnir görməzdik”.