14:32 03-04-2013
news_image
843
DİGƏR NÖVLƏR

MOK-un yeni rəhbərləri açıqlandı

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) növbəti 4 il üçün baş katibi və vitse-prezidentləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, MOK-un İcraiyyə Komitəsinin qərarına əsasən yeni heyətdə dəyişiklik olmayıb.

Belə ki, Ağacan Abiyev yenə baş katib, Çingiz Hüseynzadə, Azad Rəhimov və Xəzər İsayev vitse-prezident vəzifəsini icra edəcək.

Qeyd edək ki, MOK-un nizamnaməsinə əsasən prezident 8 ildən bir, komitə üzvləri, baş katib və vitse-prezidentlər 4 ildən bir seçilir.