15:11 03-04-2013
news_image

Yığmamız Ankaraya təlim-məşq toplanışına yollanır

Taekvondoçu qızlardan və qadınlardan ibarət Azərbaycan yığmaları sabah Türkiyəyə yollanacaq. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandalarımız Ankarada yerli komanda ilə birgə təlim-məşq toplanışı keçəcək.

Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin, həmçinin qadınlardan yığmanın baş məşqçisi Gündüz Abdullayev və gənclərdən ibarət millinin böyük məşqçisi Zahid Məmmədovun rəhbərliyi altında səfər planına əsasən fiziki hazırlıqlar daxil edilib. Təlim-məşqlərdə Nərminə Məmmədova (44 kq), Təranə Məmmədova, Xəyalə Quliyeva (hər ikisi 46 kq), Patimat Abakarova, Zümrüd Məlikova, Turkanə Tahirli (hər üçü 49 kq), Günay Ağayeva (53 kq), Günay Ağakişiyeva (57 kq), Zeyvi Kərimova (59 kq), Aytən Səmədli, Səbinə Mikayılova, Darya Qorbaceva (hər üçü 62 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyeva (73 kq) iştirak edəcəklər.

Qeyd edək ki, hazırlıqlar aprelin 12-də başa çatacaq.