08:38 04-04-2013
news_image
1058
STOLÜSTÜ OYUNLAR

Azərbaycanlı qrossmeysterin əvəzinə Qata Kamski

Qran-pri çərçivəsində 3-cü turnirdə iştirakçılar siyahısından kənarda qalan azərbaycanlı qrossmeyster Vüqar Həşimovun əvəzləyicisi bilinib. Apasport.az saytının məlumatına görə, aprelin 17-də İsveçrənin Zuq şəhərində start götürəcək zəka sahiblərinin mübarizəsində həmyerlimizin yerinə amerikalı Qata Kamski çıxış edəcək. O, artıq bir dəfə Həşimovun əvəzləyicisi rolunda olub. Belə ki, Daşkənddə baş tutan 2-ci mərhələdə Vüqarın yerinə məhz şimalı amerikalı şahmatçı oynamışdı.

Qeyd edək ki, mayın 1-dək davam edəcək yarışda Azərbaycan Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov təmsil edəcək.