16:33 04-04-2013
news_image
1227
DÖYÜŞ NÖVLƏRİ

“Ümid edirəm ki, güləş Yay Olimpiya Oyunları proqramında saxlanılacaq”

Beynəlxalq Olimpiya Komitəsi (BOK) güləş idman növünü 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarılması ilə bağlı tövsiyə xarakteri daşıyan qərar İsrail Olimpiya Komitəsi tərəfindən də səhv addım kimi qiymətləndirilir. Apasport.az saytının məlumatına görə, qurumun baş katibi Efraim Zinger Bakıda keçirilən mətbuat konfransında BOK-un qərarını qiymətləndirib.

Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının sədri olan israilli qonaq güləşlə bağlı addıma münasibət bildirərək bunu düzgün saymayıb: “Mən belə düşünürəm ki, güləşin Olimpiada proqramından çıxarılması səhv addımdır. Avropa Olimpiya Komitəsi və Rusiya güləşin olimpiadalarda saxlanılması üçün çalışır. Məsələ ilə bağlı yekun qərar Argentinanın Buenos-Ayres şəhərində veriləcək. Ümid edirəm ki, orada çıxarılacaq qərarla güləş Yay Olimpiya Oyunları proqramında saxlanılacaq”.

Qeyd edək ki, BOK İcraiyyə Komitəsinin mayda Rusiyanın Sankt-Peterburqda keçirəcəyi iclasında güləş və daha 7 namizəd növdən hansının 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına salınmasının münasibliyi açıqlanacaq. Yekun qərar isə BOK-un sentyabrın 7-də Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq 125-ci Sessiyasında veriləcək.