16:44 04-04-2013
news_image
687
DİGƏR NÖVLƏR

Avropa Olimpiya Komitəsinin prezidenti Azərbaycana gəlir

Avropa Olimpiya Komitəsinin (AOİK) prezidenti Patrik Hikke Azərbaycana rəsmi səfər edəcək. Apasport.az saytının xəbərinə görə, bu məlumatı Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının sədri Efraim Zinger verib.

İsrail Olimpiya Komitəsinin baş katibi bildirib ki, AOK-un başçısı ölkəmizə qiymətləndirmə komissiyası ilə birlikdə gələcək. Səfər aprelin sonuna təsadüf edəcək.

AOK rəhbərliyinin səfərinin məqsədi 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının təşkili ilə bağlıdır. Onlar yarışın keçiriləcəyi məkanları və konkret tarixləri müəyyənləşdirmək üçün şəraitlə yaxından tanış olacaq. İlkin olaraq Avropa Oyunlarının iyun ayında ya da iyunun sonu – iyulun ilk həftəsində keçirilməsi nəzərdə tutulub.

Zinger onu da qeyd edib ki, yarışda böyük ehtimalla 17 idman növü üzrə qitənin ən güclüləri müəyyənləşəcək. İsrailli funksionerin sözlərinə əsasən hazırda Avropa idman federasiyaları ilə danışıqlar gedir. Avropa Oyunlarının proqramına daxil ediləcək növlər də 3 partnyorun danışıqları əsasında müəyyənləşəcək. Bunlar Azərbaycan Milli Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi və qitə idman federasiyalarıdır