14:39 06-04-2013
news_image
1310
DÖYÜŞ NÖVLƏRİ

Braziliya yığması Bakıya gələcəyini təsdiqlədi

Mayın 4-5-də Bakıda cüdo üzrə keçiriləcək Qran-pri turnirinə qatılmaq istəyən 6 ölkənin adı bilinib. Apasport.az saytının məlumatına görə, hələlik Braziliya, Rusiya, Fransa, İsveç, Finlandiya və Böyük Britaniya yarışda iştirakını təsdiqləyib. Artıq onlar sifariş vərəqələrini də göndəriblər. “Sərhədçi” Olimpiya Mərkəzində təşkil ediləcək yarış üçün qeydiyyat isə davam edir.

Qeyd edək ki, Qran-prinin ümumu mükafat fondu 150 min ABŞ dollarıdır. Bundan əlavə, hər çəkidə qalib 5 min dollar mükafatla yanaşı, 500 reytinq xalı da qazanacaq.