19:09 07-04-2013
news_image
767
DİGƏR NÖVLƏR

Müdafiəçimiz oynadı, komandası uduzdu - FOTO

Dünən Rusiya Premyer Liqasında XXIII turun əvəzedici komandaların oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” səfərdə “Kuban”la qarşılaşıb.

Təmsiliçimiz Kazan klubunun əvəzedici heyətində meydana çıxıb. Görüş krasnodarlıların minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Qeyd edək ki, Abışov oyuna start heyətdə çıxıb. Lakin o, fasilədə Kislyakla əvəzlənib.