20:01 07-04-2013
news_image
753
DİGƏR NÖVLƏR

Ramil Əliyev komandasının oyunundan razı qaldı

“Bilirdik ki, rəqib yaxşı oyun göstərir, bu oyuna ciddi hazırlaşmışdıq. Oyunda inamlı qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Rəvan”ın baş məşqçisi Ramil Əliyev səsləndirib.

O, Topaz Premyer Liqasının XXV turunda “Sumqayıt”la (3:0) oyunu dəyərləndirib: “İkinci hissədə “Sumqayıt”ın qol vurmaq üçün imkanları var idi. Əvəzetmələrin hesabına oyunda dəyişiklik etdik, iki top vurduq. Əks-hücumda daha çox qol epizodu yaratdıq. Ümumilikdə oyundan razıyam, komandaya təşəkkür edirəm. Oyuna əvvəlkindən fərqli sistemlə çıxmışdıq. Bunun nəticəsi idi ki, xəttlər arasında anlaşılmazlıq var idi. Qarşıdakı oyunlarda da bu taktiki sxemdən istifadə edəcəyik”.