09:07 08-04-2013
news_image
647
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov heç-heçə etdi, komandası qələbə qazandı

Rusiyada şahmat üzrə komandalararası ölkə çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Şəhriyar Məmmədyarovun (2766) şərəfini qoruduğu “Malaxit” ilk turda “M.Çiqorin Chess Club” komandası ilə qarşılaşıb.

Görüş təmsilçimizin şərəfini qoruduğu klubun qələbəsi ilə başa çatıb – 3,5:2,5. Məmmədyarov I lövhədə oynayıb və Yevgeni Romanovla (2606) üz-üzə gəlib. O, ağlarla oynamasına baxmayaraq, matçı heç-heçə başa vurub.

Qeyd edək ki, “Malaxit” II turda PGMB Rostov komandası ilə oynayacaq.