14:50 08-04-2013
news_image
605
DİGƏR NÖVLƏR

Yenə hədəfə düşə bilmədi

Çinin Çanqvon şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kuboku Azərbaycan yığması üçün başa çatıb. Apasport.az saytının məlumatına görə, snayperlərimizin son illərdə belə yarışlarda uğursuz çıxışı yenə təkrarlanıb.

Belə ki, Dünya Kubokunda yeganə təmsilçimiz 25 m məsafədən də hədəfi dəqiq nişan ala bilməyib. O, öz qrupunda 568 xalla 14-cü olub və həlledici mərhələdən kənar qalıb.

Qeyd edək ki, Dünya Kubokuna 31 ölkədən 499 idmançı mübarizə aparırdı.