15:22 08-04-2013
news_image
809
DİGƏR NÖVLƏR

Soçi olimpiadasına daha bir lisenziya - FOTOSESSİYA

Azərbaycanın daha bir idmançısı 2014-cü il Soçi Qış Olimpiya Oyunlarına lisenziya qazanıb. Milli Olimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, bu, dağ xizəkçiliyinin slalom növündə yer alan Sedrik Notzdur.

Ötən həftə Bolqarıstanın Bansko şəhərində dağ xizəyi üzrə Azərbaycanın ilk çempionatı keçirilib. Çempionat dəniz səviyyəsindən 1600 metr hündürlükdə yerləşən ərazidə baş tutub. Yarışda iştirak edən iki Azərbaycan atletləri Patrik Braxner və Sedrik Notz müvafiq olaraq 4-cü və 23-cü yerləri tutublar. Elə həmin gün gənclər arasında keçirilən digər yarışlarda idmançılarımız müvafiq olaraq 6-cı və 19-cu yerləri tutublar.

Yarışlar nəticəsində ortalama balına görə, dağ xizəyinin slalom növü üzrə atlet Sedrik Notz Soçi olimpiadasına lisenziya qazanıb. Notz bu idman növündə ölkəmizin aktivinə 2-ci vəsiqəni yazıb.

Qeyd edək ki, digər atletimiz Patrik Braxner 2014-cü il Qış Qış Olimpiya Oyunlarına lisenziyaya daha öncə yiyələnib. Bundan başqa, Kanadanın London şəhərində keçirilmiş fiqurlu konkisürmə üzrə dünya çempionatında Yuliya Zlobina – Aleksey Sitnikov dueti idman rəqsləri növündə lisenziya qazanıb.