12:31 09-04-2013
news_image
1191
DÖYÜŞ NÖVLƏRİ

Avropa çempionu: Xetaq Qazyumov karyerasının qürub çağını yaşayır

Ötən ay Tiflisdə keçirilən güləş üzrə Avropa çempionatının qalibi olan ukraynalı Pavel Oleynik üçün azərbaycanlı rəqibinin mübarizəni erkən dayandırması gözlənilməz olub. Apasport.az saytının məlumatına görə, sərbəst üsulla güləşin 96 kq çəki dərəcəsində favoritlərdən olan təmsilçimiz Xetaq Qazyumovun hələ 1/4 finalda uduzması gələcək çempionu təəccübləndirib.

Ukrayna mətbuatına müsahibə verən Oleynik rusiyalı Vladislav Baytsayevə məğlub olan güləşçimizin yenilgisinin səbəbini də izah edib: “Açığını deyim ki, azərbaycanlı güləşçinin qalib gələcəyini düşünürdüm. Lakin Baytsayev də güclü rəqibdir. Rusiya yığmasında zəif güləşçi yoxdur. Qazyumovla görüşdə gənclik də onun tərəfində idi. Xetaq karyerasının qürub çağını yaşayır. Yeni nəsil artıq liderlərə çatmaqdadır. Məncə, bu görüşdə də gənclik təcrübə üzərində qələbə qazandı”.

Qeyd edək ki, Oleynik ilk dəfə qitə çempionu olub.