16:01 10-04-2013
news_image
616
DİGƏR NÖVLƏR

Zemfira Meftahətdinova Dünya Kubokuna yollanır

Aprelin 15-də Birləşmiş Ərəb Əmirliyinin Əl-Ayn şəhərində stend atıcılığı üzrə Dünya Kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, 9 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

Səfərə yollanacaq komandamızın heyəti artıq açıqlanıb. Belə ki, baş məşqçi Hafiz Cəfərov Dünya Kubokunda Zemfira və Regina Meftahətdinovalar, Emin Cəfərov, Niyaz Ağazədə, Fuad Qurbanov (hamısı skit), Əlimirzə Quliyev, Əli Hüseynli və Elvin İsmayılov (hər üçü trap) şans verəcək.

Qeyd edək ki, 51 ölkədən 354 atıcı hədəf önünə çıxacaq.