15:58 11-04-2013
news_image

Millimizdə islahatlar!?

Aprelin 25-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, 4 gün davam edəcək yarışda avstriyalı baş məşqçi Peter Zayzenbaher eksperimental heyətə güvənəcək.

Olimpiya çempionu Elnur Məmmədlinin zədə səbəbindən qatıla bilməyəcəyi çempionata kifayət qədər təcrübəli hesab olunan İlqar Müşkiyev (60 kq)Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq) və Ramilə Yusubova (63 kq) aparılmayacaq. Belə ki, Zayzenbaher Budapeştdə Vüqar Şirinli (60 kq), Nicat Şixəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq), Tural Səfquliyev (81 kq), Şəhməd Məhəmmədov, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (100 kq), Emil Tahirov (+100 kq), Ayşə Qurbanlı (48 kq), Turanə Seyidi (52 kq) və Kifayət Qasımova (57 kq) şans verəcək.

Bu isə çalışdırıcımızın islahatlara başlamasını göstərir. Çünki o, artıq yığmamızda hegemonluq edən idmançıların da çəkisində rəqabət yaratmaq istəyir. Bəlkə də bu islahatlar yığmamızın xeyrinədir...