11:13 15-04-2013
news_image
1013
DÖYÜŞ NÖVLƏRİ

Rusiya, Türkiyə və Almaniya milliləri Bakıya gələcəklərini təsdiqlədi

Aprelin 18-dən 21-dək “Sərhədçi” Olimpiya Mərkəzində Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Tacikistan, Almaniya, Ukrayna və Qırğızıstan idmançıları da iştirak edəcək.

Turnirin proqramına əsasən, aprelin 18-də yunan-Roma güləşi üzrə yeniyetmələr, 19-da yunan-Roma güləşi üzrə gənclər, 20-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 21-də isə, sərbəst güləş üzrə gənclər mübarizə aparacaq. Yarışın rəsmi açılış mərasimi aprel 18-də, saat 17:00-da baş tutacaq. Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.