15:36 15-04-2013
news_image
1286
FUTBOL

“Azərbaycanlılar nəticə qazanmağa qadirdir” - MÜSAHİBƏ

“Simurq”un polşalı qapıçısı David Pietrzkieviç ölkəsinin mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu Zaqataladakı həyatından danışıb.

- Zaqatalada həyat necədir?
- Biz klubun bazasında qalırıq. Demək olar bütün günü orda keçiririk. Hətta bütün yeməklərimizi orda yeyirik. Hər oyunçunun sərəncamında kottec var. Zaqataladan olan 3 oyunçu istisna olmaqla, baş məşqçi və futbolçular həmin kotteclərdə qalır. Bakıdakı həyat Varşava və ya Krakovdakı ilə eynidir. Hər hansı bir nöqsan yoxdur. Ancaq Zaqatala böyük şəhər deyil. Orda hər şey tamamilə başqa cürdür. Siz, məsələn, ticarət mərkəzinə getmək istəyirsizsə, burda belə belə bir yer tapa bilməzsiz, gərək bunun üçün böyük şəhərə gedəsiz. Zaqatalanın adamları sakitdir, hamısı bir-birini tanıyır. Oranın müsbət və mənfi cəhətləri var.

- Sizin üçün nə çatmır?
- Səfərlərimiz axşam vaxtı olur. Bəzən istirahət günlərimizdə Bakıya, ya da Tbilisiyə gedirik. Biz bir neçə ekskursiya da təşkil edə bilərik. Çünki Azərbaycan çox maraqlı ölkədir. Tez-tez futbolçuların həyat yoldaşları yanlarına gəlir. Şəxsən mənim yanıma müntəzəm olaraq nişanlım gəlir. Mən onunla uzun müddət keçirmək istəyirəmsə, o zaman baş-başa başqa evdə qala bilərik. Buna klubdan problem yaradılmır. Baza təkcə idmançılar üçün nəzərdə tutulmayıb.

- Martsin Burkhardtla bir yerdə özünüzü rahat hiss edirsiz?
- Əlbəttə. Tək o yox, ümumilikdə bütün komanda yaxşıdır. Yerli futbolçularla gəlmələr arasında fərqli baxış və ya hər hansı bir münaqişə yaşanmır. Tez-tez biz bir fincan qəhvə içmək üçün görüşürük. Uşaqlar PlayStation oynamağı xoşlayır.

- Bu ölkədən sizinlə əlaqə saxlayanda ilk bildikləriniz nə idi?
- Öncə az şey bilirdim. Ancaq mənim xorvatiyalı menecerim dedi ki, orda Balkan ölkələrindən çoxlu oyunçular var, hamısı da xoşbəxtdir. Ən mənfi cəhət oyunların əksəriyyətini süni örtükdə keçirməyimizdir. Bəzi klubların çox böyük imkanları var. Onlar süni qazonda oynayacaqlarsa belə, təbii meydançalarından yararlanır. Biz isə yalnız sünidə hazırlaşmağa məhkumuq. Çempionat pis deyil. Qaydalara görə, hər oyunda 4 azərbaycanlı və səviyyəni artırmaq üçün 6-7 əcnəbi futbolçu oynamalıdır.

- Azərbaycan millisi Berti Foqtsun dönəmində ən yaxşı göstəricisini gerçəkləşdirdi...
- “Neftçi” də Avroliqada oynadı və çox yaxşı təsir bağışladı. Çoxdandır oynamadığımız “Xəzər Lənkəran”a isə Con Toşak gəlib. Eşitmişəm ki, hətta onlar Arşavinə müqavilə təklif edib. Bütün bunlar göstərir ki, azərbaycanlılar nəticə qazanmağa qadirdir.

- Avropalılar Azərbaycan çempionatına yaxşı qazanc yeri kimi baxır. Bu amil sizin ora getməyiniz üçün də əsas olub?
- Mənim üçün yox. “Banik”lə müqaviləm başa çatanda bir neçə maraqlı təkliflər vardı. Ancaq danışıqlarımız alınmırdı, mən isə bir az da gözləməyi üstün tutdum. Sonra Zaqataladan mənə təklif gəldi, 2 məşq və 1 oyunda iştirak etdikdən sonra müqavilə bağladım. Bilirdim ki, burda müntəzəm oynaya bilərəm. Hələ gənc qapıçı olarkən təcrübə toplamışdım. Müqavilənin maliyyə tərəfinə baxmadım. Baxmayaraq ki, o elə də pis deyil.

- Burdakı ilə müqayisə edə bilərsiz?
- Fikrimcə, burda qazandığım pulu Polşa Ekstraklassasında da əldə edə bilərəm.

- “Simurq”un büdcəsi necədir?
- Dəqiq rəqəmləri bilmirəm. Ancaq hazırda ilk “altılıq”da olan komandalar arasında biz ən aşağı büdcəyə malikik. Həmin klublarla müqayisədə büdcə çox-çox aşağıdır.

- Bizdə olan məlumata görə, siz çempionatda 2-ci və ya 3-cü ən yaxşı qapıçı sayılırsız...
- Mən qapıdan özümü rahat hiss edirəm. Bilirəm ki, məşqçi də mənə üstünlük verir. Bu, yaxşı haldır. Ən əsası bunu başa düşürəm. Ümid edirəm ki, bunun bəhrəsini yaxşın illərdə görəcəm.

- Zaqatalada nə vaxta kimi oynayacaqsız?
- Müqaviləm maya kimidir. Müddəti uzatmaq olar. Ancaq menecerim mənə deyib ki, başqa variantlar da var. Onların arasında Azərbaycanın güclü klubları da var. Mən hər bir təklifə açığam, fikirləşib ən yaxşısına qərar verəcəm.

- Yəqin ki, “Simurq” onların arasında həm maliyyə, həm də idman baxımından orta yerdədir...
- Buna qədər komanda hər mövsüm yerini qorumaq uğrunda mübarizə aparırdı. Ancaq klub rəhbərliyi indi xarici futbolçulara üstünlük verir. Onlar məşqçini dəyişdilər, turnir cədvəlinin liderləri ilə vuruşa biləcək yeni komanda qurdular. Hazırda biz 4-cü yerdəyik. Biz “Xəzər Lənkəran” və “Rəvan”ı arxada qoymağı bacardıq. Bizim bir neçə çox maraqlı oyunçularımız var. Məsələn, Stepan Polyak Türkiyə və Xorvatiyada oynayıb...

- Bir dəfə siz özünüz “Visla”dan da təklif almısız...
- Bəli, elədir. Martsin Burkhardtın da yaxşı keçmişi olub. Mario Bojiç Droqba və Anelka ilə birgə Şanxayda çıxış edib. Qapıçımız Dmitri Kramarenko məndən yaşca böyükdür. O uzun müddət Moskva MOİK-i və Azərbaycan yığmasında çıxış edib.

- Azərbaycan futbolunda çoxlu pullar dövr edir. Bu, bir tərəfdən futbolçuları azdırır. Azərbaycanlıların bu problemi çözmək yolunda ideyası var?
- Qalib gələrkən oyunlarımıza çoxlu azarkeş gəlir. Ancaq Zaqatala böyük şəhər deyil, bu üzdən bundan artıq adamı stadionda görməzsiz. Bəzi komandalar isə artıq bunu bacarıb. Məsələn, “Neftçi”. Onlar 1 il əvvəl “Visla”nı udmuş APOEL-i Avroliqadan kənarlaşdırdı. Milan “İnter”ini Bakıya gətirdilər. Azərbaycanlılar bu məsələdə geri çəkilmək fikrində deyil.